16 İyul 2026
Dünya futbolu

“Barselona” “Çelsi”nin futbolçusunu istəyir

“Barselona” hücum xəttini gücləndirmək üçün “Çelsi”nin portuqaliyalı cinah oyunçusu Pedro Netonu transfer etməyə maraqlıdır.

İdmanxeber.az xəbər verir ki, katalon klubunda Rafinyanın ayrılması ehtimal edilir və rəhbərlik Netonu əsas namizəd kimi görür. Bildirilir ki, idman direktoru da futbolçunun oyun üslubunu bəyənir.

Pedro Netonun “Çelsi” ilə müqaviləsi 2031-ci ilə qədərdir. O, cari mövsümdə 16 oyunda 4 qol və 2 asistlə çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43