“Qalatasaray” Çempionlar Liqasının 5-ci turunda Belçikanın “Yunion Sent-Jilluaz” klubunu qəbul edəcək.
İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna bir sıra itkilərlə çıxacaq. Son məşqi buraxan Viktor Osimhen, Yunus Akgün, Mario Lemina, Vilfred Sinqo, Berkan Kutlu və Kaan Ayhan matçda iştirak etməyəcək.
Mərc qalmaqalına görə 45 günlük cəzalı olan Eren Elmalı da qarşılaşmada oynaya bilməyəcək.
“Qalatasaray” – “Yunion Sent-Jilluaz” oyunu sabah saat 21:45-də keçiriləcək.

