Dünya futbolu

“Çelsi” “Yuventus”un hücumçusunu istəyir

“Yuventus”un hücumçusu Duşan Vlaxoviç karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” serbiyalı oyunçunun xidmətində maraqlıdır. London klubu futbolçu üçün Turin təmsilçisinə 80 milyon avro təklif edəcək.

“Zadəganlar”la yanaşı, “Real”ın da serbiyalı forvardı istədiyi bildirilir.

Vlaxoviç “Yuventus”da 62 oyunda 23 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43