03 İyul 2026
Dünya futbolu

“Çelsi”də ayrılıq

“Çelsi”nin yarımmüdafiəçisi Omari Hatçinson “İpsviç”ə icarəyə verilib.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı yamaykalı futbolçu ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Hatçinson ötən mövsüm “Çelsi”nin əsas komandasında iki oyuna çıxıb. O, həmçinin Premyer Liqada gənclər arasında 21 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43