19 İyun 2026
Dünya futbolu

“Çelsi”nin ən yaxşısı açıqlandı

“Çelsi”də 2024/25 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Moyzes Kaysedo London klubunun ən yaxşısı adına layiq görülüb. 23 yaşlı ekvadorlu komanda yoldaşları arasında keçirilən səsvermədə 1-ci olub.

Bu mövsüm Kaysedo 41 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43