19 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted”dən “Çelsi”yə

“Mançester Yunayted”in yarımmüdafiəçisi Alexandro Qarnaço karyerasını “Çelsi”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Qırmızı şeytanlar”ın rəhbərliyi onu 76 milyon avroya satmağa hazırdır. Yayda tərəflər arasında danışıqlar start götürəcək.

20 yaşlı futbolçu bu mövsüm 54 oyunda iştirak edib, 11 qol vurub, 10 məhsuldar ötürmə verib. O, 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43