26 İyul 2026
Dünya futbolu

“Çelsi”yə italiyalı baş məşqçi?

“Porto”nun baş məşqçisi Françesko Farioli Enzo Mareskanın istefasından sonra “Çelsi”nin sükanına əsas namizədlərdən biri kimi göstərilir.

İdmanxeber.az xəbər verir ki, 36 yaşlı italiyalı mütəxəssis 2025-ci ilin yayından “Porto”nu çalışdırır və hazırda komanda Portuqaliya çempionatında ən yaxın izləyicisi “Sportinq”i 5 xal qabaqlayaraq liderdir.

Qeyd edək ki, Farioli daha əvvəl “Ayaks” və “Nitsa”nın da baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43