Mərakeş millisinin üzvü Kalid Baba Azərbaycana gəlmək istəməyib.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçu ilə “Qarabağ” klubu danışıqlar aparıb. Lakin futbolçu daha sərfəli maliyyə şərtləri təklif edən Mərakeşin MAS klubunu seçib.
Sözügedən klub Kalid Babanı 400 min avro qarşılığında “Difaa”dan transfer edib.
Bildirilir ki, hücumçunun əsas məqsədi Avropa klublarının diqqətini cəlb etməkdir. O, cari mövsüm komandasının heyətində 8 oyun keçirib və bir qol vurub, eyni sayda assist edib.

