14 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası finalı İstanbuldan alınır?

UEFA Çempinlor Liqası finalını İstanbuldan ala bilər.

İdmanxeber az-ın məlumatına görə, buna səbəb mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləridir. Belə ki, qurum ölkədə baş verəcək mümkün qarşıdurmadan ehtiyat etdiyi üçün alternativ variantları nəzərdən keçirir.

Bu səbəbdən də UEFA ÇL finalının keçirilməsi üçün Portuqaliya ilə danışıq aparıb. Əgər həlledici görüş İstanbuldan alınarsa, oyun Lissabonda baş tutacaq.

Xatırladaq ki, final iyunun 10-da “İstanbul Atatürk Olimpiya Stadionu”nda keçirilməlidir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43