“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Şelburn” klubu ilə görüşə ciddi itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun aparıcı üzvü Marko Yankoviç zədələnib. Futbolçu bu səbəbdən də İrlandiyaya aparılmayıb.
Yankoviçin cavab matçına qədər sağalacağı gözlənilir.
Xatırladaq ki, qarşılaşma bu gün saat 22:45-də start götürəcək.

