25 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: “Qalatasaray”da 3 itki

İstanbul təmsilçisi “Qalatasaray” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunda sabah doğma meydanda “Atletiko” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, komanda Arda Ünyay, Vilfred Sinqo və Qabriel Saranın zədələri səbəbindən 3 itki ilə oynayacaq.

Viktor Osimhen isə məşqlərə qoşularaq oyuna hazırdır.

Matç sabah saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43