Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçlarında “Qalatasaray” “Jalqiris”in, Norveç “Molde”si isə Finlandiyada HİK klubunun qonağı olub.
Litvada 4 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib -2:2. “Qalatasaray”ın qollarını Abdülkerim Bardakçı və Halil Dervişoğlu vurub.
“Molde” isə ilk oyunda HİK-lə bacarmayıb – 0:1.
Tərəflər arasında cavab oyunu bir həftə sonra keçiriləcək.

