20 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” yalnız bir rəqibindən öndədir 

Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ”ın rəqibləri arasında mövqeyi ilə diqqət çəkib.

İdmanxeber.az-ın məlumatına görə, UEFA reytinqinə əsasən, ağdamlıların qrupdakı 8 rəqibindən 7-si onları qabaqlayır. Belə ki, “Liverpul” 5-ci (107,500 xal), “Benfika” 10-cu (83,750), “Çelsi” 12-ci (82,000), “Ayntraxt” 15-ci (80,000), “Napoli” 31-ci (57,000), “Ayaks” 35-ci (54,250), “Kopenhagen” isə 40-cı (48,375) sırada qərarlaşıb.

Bununla belə, “Qarabağ” (33,000) 62-ci pillədə yer alan İspaniya nəhəngi “Atletik”dən (32,750) öndədir.

Bu fakt Azərbaycan çempionunun son illərdə Avropada sabit çıxışlarının göstəricisi kimi dəyərləndirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43