19 İyul 2026
Ölkə futbolu

“Səbail”dən növbəti transfer

“Səbail” heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.az xəbər verir ki, I Liqada çempionluğu hədəfləyən paytaxt təmsilçisi daha bir hücumçu ilə anlaşıb.

Klub Sənan Ağalarovla 1 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağalarov son mövsümü “Şahdağ Qusar”da keçirmişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43