“Neftçi” Freddi Varqasın transferini tamamlamağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “Makkabi” (Netanya) ilə aparılan danışıqlarda qarşı tərəfi razı salmağı bacarıb. “Neftçi”nin İsrail klubunun 900 min dollarlıq tələbini aşağı saldığı bildirilir.
Məlumata görə, transfer 600-700 min arasında razılaşdırılıb.
27 yaşlı vingerin paytaxt klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənlir. Varqas yaxın vaxtda klubun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, kolumbiyalı futbolçu ötən mövsüm 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

