27 İyun 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın iki rəqibi bəllidir

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərini bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi püşkatma zamanı səpələnməmişlər səbətində yer alacaq. Təmsilçimizin artıq iki rəqibi məlumdur:  “Riyeka” (Xorvatiya) və “Pafos” (Kipr).

Daha 10 nəfər 1-ci turun oyunlarının nəticələrinə əsasən müəyyənləşəcək.

2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22-23 və 29-30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43