Kateqoriyasız

Cennaro Qattuzo La Liqa klubunun baş məşqçisi oldu

Cennaro Qattuzonun yeni iş yeri müəyyənləşib.

Bu barədə jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, 44 yaşlı mütəxəssis İspaniya “Valensiya”sının sükanı arxasına keçib. İtaliya baş məşqçi “yarasalar”la 2+1 illik müqaviləni razılaşdırıb. Qattuzo bu postda Xose Bordalası əvəzləyib.

Qeyd edək ki, Cennaro Qattuzo son olaraq 2019 – 2021-ci illərdə “Napoli”nin baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43