14 İyun 2026
Ölkə futbolu

Çexiya – Azərbaycan oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Yovan Kaçevski idarə edəcək.

Ona Daniel Vasilevski ilə Aleksandar Gyorgyeski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Gyorgiev yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 10-da Karvina şəhər stadionunda keçiriləcək Çexiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43