Ölkə futbolu

Con Toşak istefa verdi!

Topaz Premyer Liqasında növbəti istefa gerçəkləşib. Uelsli mütəxəssis Con Toşak “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılıb.

XIV turun “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.

Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.

Bu ilin martında baş məşqçi təyin olunan uelsli mütəxəssis ölkəmizi “31”lə tək edir.

Belə ki, “ağ-yaşıllar”ı 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə şahid olub. Onun yetirmələri 24 qol vurub, 42-ni buraxıb.

Qeyd edək ki, Toşaka qədər “Rəvan”da Ramil Əliyevlə Vldasilav Qədirov, “Neftçi”də isə Tərlan Əhmədov postundan kənarlaşdırılmışdı.

apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43