Ölkə futbolu

“Xəzər Lənkəran” böyük hesabla uduzdu

Millinin oyunları ilə əlaqədar ölkə çempionatında yaranan fasilə yekunlaşır.

XIV turun 3 qarşılaşması elə bu gün baş tutacaq.

Tura "Bakı" – "Xəzər Lənkəran" komandalarının matçı ilə start veriləcək. Artıq xal itirmək şansı olmayan "Xəzər Lənkəran" "Bakı"nı məğlub etmək üçün bütün gücünü ortaya qoyacaq.

Turun ikinci matçında isə "Qəbələ" AZAL-ı qonaq edəcək. Çempionluq yarışından qopmamaq üçün əyalət klubu "təyyarəçilər"i məğlub etməyə çalışacaq.

XIV tura isə Sumqayıtda yekun vurulacaq. Burada "Sumqayıt" "Simurq"u sınağa çəkəcək.

Premyer Liqa

22 noyabr

14:00. Bakı – Xəzər Lənkəran 3:0
QOL: 
Cavid Hüseynov, 66, Risto Ristoviç, 70,
Mindauqas Kalonas, 82

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Əli Hüseynov.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

14:20. Qəbələ – AZAL 1:0
QOL:
Leonardo da Silva, 72

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Fazil Mürşüdov.

Qəbələ şəhər stadionu.

17:00. Sumqayıt – Simurq 0:1
QOL:
Stepan Polyak, 42

Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Gülağa Cabarov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.

23 noyabr

15:00. İnter – Neftçi

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Murad Məmmədov.

Bakı. “Şəfa” stadionu.

 

24 noyabr

17:00. Qarabağ – Rəvan

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.

AFFA nümayəndəsi: Oqtay Abdullayev.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Tofiq Bəhramov adına Respublika stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43