İdman

Cüdoçularımız mübarizəyə başlayır

Bu gün Rusiyanın Tümen vilayətində cüdo üzrə Böyük Dəbilqə turniri başlanır.

İdmanxeber.com xəbər verir ki, turnir yay Olimpiya oyunları öncəsi son ciddi sınaqlardan biridir və cüdoçuların dünya reytinqindəki mövqeyinə təsir göstərəcək. 
Azərbaycan komandası Tümenə 10 cüdoçu ilə yollanıb. Baş məşqçisi Peter Zayzenbaherin heyətə daxil etdiyi tatami ustaları bunlardır: İlqar Müşkiyev və Davud Məmmədsoy 60 kq çəki dərəcəsində, Vüqar Şirinli və İsgəndər Talışinski 66 kq-da, Fəqan Quluzadə və Telman Vəliyev 73 kq çəkidə, Afiq Səfərli 81, Firudin Dadaşov və Vasif Şərbətli 90 kq çəki dərəcəsində, nəhayət, çəkisi 100 kq olan cüdoçular arasında Cəlil Şükürov sözlərini deməyə çalışacaqlar.

Turnirdə 25 ölkədən 124 cüdoçu mübarizə aparacaq.


“Böyük Dəbilqə”nin Rusiya mərhələsi iki gün davam edəcək və iyulun 17-də yekunlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43