Ölkə futbolu

“Sumqayıt”ın əvəzediciləri gürcülərlə qarşılaşacaq

“Sumqayıt”ın əsas komandası kimi əvəzedici komandası da 2016/2017 futbol mövsümünə hazırlığını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, Rövşən Babayevin rəhbərlik etdiyi komanda yeni mövsüm üçün Zaqatalada təlim-məşq toplanışı keçir. 

Zaqatala Olimpiya Kompleksində məskunlaşan əvəzedicilər hazırlıq prosesi dövründə bir neçə yoxlama oyunu keçirəcək. Komanda bu gün və sabah Gürcüstanın aşağı liqa təmsilçisi “Hereti Laqodexi” klubu ilə üz-üzə gələcək. İlk görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. İkinci görüş isə bir gün sonra saat 11:00-da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43