30 İyun 2026
Dünya futbolu

Danimarkalı “Barselona”dan getmir

“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubdan ayrılmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu təkliflərə qapalıdır. O, “Barselona”da oynamağa davam etmək istəyir.

Kristensenin Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. O, İspaniya çempionatının cari mövsümündə cəmi üç oyun keçirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43