“Mançester Yunayted” və David De Xea müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.
İdmanxeber.az “The Athletic” nəşrinə istiandən xəbər verir ki, ispaniyalı futbolçu klubda qalmaq istəyir. O, həftədə 375 min funt sterlinq qazanır və hazırda dünyanın ən yüksək maaş alan qapıçısıdır.
Hətta 32 yaşlı qolkiper müqavilənin uzadılması üçün maaşının endirilməsinə də razıdır. Mənbə bildirir ki, komandanın baş məşqçisi Erik ten Haq qapıçı ilə müqavilənin uzadılmasına icazə verib.
Tərəflərin yaxın günlərdə razılığa gələcəyi ehtimal edilir.
De Xeanın “Mançester Yunayted”lə hazırkı sözləşməsi bu mövsümün sonuna qədərdir.

