“Real” klubu yayda heyətini gücləndirmək niyyətindədir.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi gözünü “Çelsi”nin futbolçularına tikib. Belə ki, Ris Jeyms və Kay Xaverts “Real”ın maraq dairəsindədir.
Cari mövsüm transferlərə külli miqdarda pul xərcləyən London klubu maliyyə öhdəliyini nizamlamaq üçün bir neçə futbolçusu ilə yollarını ayırmalıdır.
“Kral klubu”nun da bu durumdan yararlanmaq istədiyi və sözügedən iki ismi də heyətinə qatmaq niyyətində olduğu bildirilir.

