02 İyul 2026
Dünya futbolu

Davide Frattesi İngiltərə yolunda?

İngiltərə Premyer Liqasının güclü klublarından “Nyukasl”ın yeni transfer hədəfi məlum olub.

İdmanxeber.az xəbər verir ki, “İnter”in italiyalı yarımmüdafiəçisi Davide Frattesi İngiltərə klubunun diqqət mərkəzinə düşüb.

25 yaşlı futbolçunun transferi üçün Milan klubu 40 milyon avro qiymət qoyub.

“Nyukasl” isə gənc yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlara başlamağa hazırlaşır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43