Kateqoriyasız

De Byazinin konfransının vaxtı bilindi

UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 22-də Trnavada, Antona Malatinski stadionunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

İdmanxeber.az xəbər verir ki, konfranslar sabah baş tutacaq. Əvvəlcə Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona media nümayəndələri ilə görüşəcək.

De Byazinin konfransı isə yerli vaxtla 18:00-da olacaq.

Slovakiya – Azərbaycan matçı saat 22:45-də başlayacaq.

21 sentyabr

Slovakiya milli komandası

Saat 15:30. Mətbuat konfransı
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43