Kateqoriyasız

“Dedi ki, mənə güvən və bu komandaya keç” – Zubir

Abdullah Zubir “Qarabağa”a keçidi barədə ölkəsinin mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçu “Qarabağ”a gəlişi haqda danışıb:

“Lans”dan ayrıldıqdan sonra Belçika çempionatı və Liqa 1-dən təklif almışdım. Amma bu, maddi planda kluba, layihə olaraq mənə uyğun deyildi. Sonra isə “Qarabağ” variantı ortaya çıxdı.  “Qarabağ”ı ümumiyyətlə tanımırdım. Sadəcə, Çempionlar Liqasının qrupunda oynadığını bilirdim. Daha sonra mənə orada oynayan Əlharbi Əl Jadeyuinin nömrəsi verildi. Dedi ki, mənə güvən və bu komandaya keç”.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin iyunundan “Qarabağ”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43