Kateqoriyasız

Dənizli gəlir, Ramazanov və Pamuk qayıdır

Noyabrın 30-da AZAL-ı öz meydanında qəbul edəcək "Xəzər Lənkəran" bu matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, bir müddətdir ki, zədəli olan Uğur Pamuk və "Bakı"yla son turda sıradan çıxan Ağabala Ramazanov "təyyarəçilər"lə matça böyük ehtimall hazır olacaqlar. 

Klubdan bizə verilən digər məlumata görə, Mustafa Dənizlinin sabah Lənkərana gəlib, AZAL-la oyunu izləməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43