28 İyun 2026
Kateqoriyasız

Di Mariya üçün Amerika kuboku erkən bitdi

Argentina millisinin futbolçusu Anxel di Mariya zədələnib.

İdmanxeber.com-un məlumatına görə, o, Amerika kubokunun D qrupunda bu gün keçirilən Panamaya qarşı oyunun (5:0) 43-cü dəqiqəsində əzələsini dartıb və məcburi əvəzlənib.

Di Mariyanın 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, 28 yaşlı yarımmüdafiəçi Amerika kubokunun digər oyunlarını buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43