14 İyul 2026
Dünya futbolu

Diniyev oynadı, komandası uduzdu

Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” səfərdə Arda Turanın baş məşqçilik etdiyi “Eyupspor”la qarşılaşıb.

Görüş ev sahibi komandanən 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Diniyev də bu matçın iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

“Ümraniyespor” turnir cədvəlində 2 xalla 18-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43