Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Düdelanj” – “Qarabağ” matçının başlama saatı bəlli olub.
İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 20-də Lüksemburqda “Yos Nosbaum” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

