Kateqoriyasız

Dünya reytinqi: “Qarabağ” irəlilədi

“Qarabağ” dünya reytinqində irəliləyib.

İdmanxeber.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 300 klubun yer aldığı reytinq siyahısında 129 xalla 108-ci pillədə qərarlaşıb. “Köhlən atlar” ötən ayla müqayisədə 54 pillə irəliləyib.

Reytinq siyahısına 310 xalla İngiltərənin “Çelsi” (310) klubu başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43