“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo 2025/26 mövsümündə futbolçular arasında ən çox gəlir əldə edən oyunçu olub.
Bu barədə “Forbes” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 40 yaşlı portuqaliyalı futbolçu meydandakı çıxışından 230 milyon dollar, meydandan kənar fəaliyyətlərindən isə 50 milyon dollar qazanacaq.
Siyahıda ikinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. 38 yaşlı argentinalının gəliri meydanda 60 milyon, meydandan kənarda isə 70 milyon dollar təşkil edəcək.
Üçüncü pillədə isə “Al-İttihad”ın fransalı forvardı Karim Benzema yer alıb. Onun oyunlardan gəliri 100 milyon avro, digər mənbələrdən qazancı isə 4 milyon avrodur.
İdmanxeber.az

