Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Polissya” – “Fiorentina” matçını idarə edib.
İdmanxeber.az xəbər verir ki, qarşılaşma italiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 44-cü dəqiqəsində Ağayev “Fiorentina”nın hücumçusu Moyze Kinə rəqibinə dirsəklə zərbə endirdiyi üçün qırmızı vərəqə göstərib.
Bu qərar baş məşqçi Stefano Piolinin narazılığına səbəb olub. Hər iki komandanın bir futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.

