07 İyul 2026
Dünya futbolu

“Yuventus”un futbolçusu Braziliya klubuna keçir

“Yuventus”un futbolçusu Artur karyerasını yenidən Braziliyada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi “Qremio”ya 2026-cı ilin yayına qədər satınalma hüququ olmadan icarəyə verilib.

Qeyd edək ki, Artur peşəkar karyerasına məhz “Qremio”da başlamış və 2018-ci ildə “Barselona”ya transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43