07 İyul 2026
Dünya futbolu

“Qalatasaray”dan İtaliya klubuna

“Qalatasaray” 26 yaşlı müdafiəçisi Viktor Nelssonu 2025/26 mövsümünün sonuna qədər icarə əsasında “Verona”ya göndərib.

İdmanxeber.az xəbər verir ki, İtaliya klubu müqaviləyə əsasən danimarkalı futbolçunu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malikdir.

Nelsson ötən mövsümün ikinci yarısını “Roma”da keçirib və 5 oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43