06 İyul 2026
İdman

Emil Balayevi müqaviləyə dəvət edən Almaniya klubunun adı bəllidi (ÖZƏL)

Azərbaycanlı qapıçı Emil Balayevin karyerasını Almaniyada davam etdirəcəyi haqda sizə öncədən məlumat vermişdik.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, “Neftçi”nin sabiq qapıçısının hansı klubun şərəfini qoruyacağı da məlumdu. Bu “Aytraxt Braunşveyq”di. Almaniya II Bundesliqasında çıxış edən “Aytraxt Braunşveyq” Emili birbaşa müqavilə bağlamağa dəvət edib və qapıçı bu gün sözügedən ölkədə olacaq.

Qeyd edək ki, Braunşveyq təmsilçisi hazırda 3 oyundan 9 xal toplayaraq turnir cədvəlinə liderlik edir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43