17 İyul 2026
Dünya futbolu

Erlinq Haland yeni müqavilə imzalayır

“Mançester Siti” hücumçusu Erlinq Halandla yeni müqavilə imzalamağa hazırlaşır.

İdmanxeber.az “The Atletic” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik norveçli futbolçunu buraxmaq niyyətində deyil.  Halandın da “şəhərlilər”də qalmağa müsbət yanaşdığı bildirilir.

Mənbə yazır ki, Mançester klubu ulduz futbolçuya 2028-ci ilə qədər yeni sözləşmə təklif edəcək. Haland yeni müqaviləyə görə həfətlik 570 min avro maaş alaraq Premyer Liqada ən çox qazanan oyunçu olacaq.

2022-ci ildən “Mançester Siti”də çıxış edən hücumçu komandanın heyətində bütün yarışlarda 40 oyun keçirib, 47 qol vurub və 6 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43