17 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” ispaniyalı ilə anlaşdı

“Mançester Yunayted” qapıçısı David de Xea ilə yeni müqavilə imzalamağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir tərəflər arasında gedən danışıqlar müsbət nəticələnib. Anlaşmaya əsasən qapıçının maaşı azaldılacaq. 

İspaniyalı qolkiper 2011-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Onun ingilis komandası ilə hazırkı müqaviləsi 2022/23 mövsümünün sonuna qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43