12 İyul 2026
Dünya futbolu

Ermənistan himni Türkiyədə fitə basıldı – VİDEO

AVRO-2024 seçmə mərhələsinin qrup mərhələsinin V tur oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, D qrupunda yer alan Türkiyə millisi doğma meydanda Ermənistanı qəbul edir. Eskişehir şəhərində keçirilən matçda görüşdən öncə rəqib komandanın himni azarkeşlər tərəfəfindən fitə basılıb.

Uğultu o qədər güclü olub ki, qarşılaşmanı şərh edən “TRT 1” kanalının şərhçisi “Ermənistan himnini dinləyə bilmədik” deyib. 

Həmin görüntüləri təqdim edirik:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43