Lamine Yamal İspaniya millisinin tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, 16 yaşlı futbolçu “buğalar”ın tarixində meydana çıxan ən gənc oyunçu olub. O, Gürcüstanla keçirilən görüşdə 44-cü dəqiqədə oyuna daxil olaraq bu rekorda imza atıb.
Tiflisdə keçirilən görüş İspaniyanın 7-1 hesablı qələbəsi ilə başa çatıb. Gürcülərin tək qolunu Çakvetadze, ispanların qollarını isə Morata (3), Olmo, Niko Vilyams, Yamal və sabiq “Neftçi”li Solomon Kverkveliya öz qapısına vurub.

