İdman

Ersun Yanal Şeydayevə güvənmir

Türkiyə Superliqasında 7-ci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” öz meydanında “Akhisar”ı qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb – 0:0.

Millimizin forvardının adı ilk dəfə olaraq  “18-liy”ə daxil edilib. Ancaq baş məşqçi bu oyunda da futbolçumuza güvənməyib. 

Qeyd edək ki, Şeydayev hələ də, Trabzon klubunun forması altında Superliqada debüt etməyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43