İdman

PAOK “Qarabağ”la oyuna yüksək motivasiyada gəlir

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi PAOK Yunanıstan çempionatında növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Saloniki təmsilçisi çempionatın 5-ci turunda öz meydanında “İraklis”lə qarşılaşıb. PAOK bu oyunda 3 xalı 1 qolla qazanıb.

Bununlada “ağ-qaralar” “Qarabağ”la oyun üçün Bakıya yüksək ab-havada gəlir. 

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı oktyabrın 20-də, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43