Baketbol üzrə türkiyəli hakim Aytuğ Etki karyerasını bitirib.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Super Liqanın pley-off seriyasının üçüncü matçı çərçivəsində keçirilən “Anadolu Efes – “Fənərbağça” oyununda baş verənlər olub.
“Fənər” 97:91 məğlub olduğu görüşün ardından oyunu idarə edən hakimlər briqadasına sərt təpki göstərib. Bunun ardın federasiya tənqidləri haqlı hesab edərək referilərin mövsüm sonuna qədər təyinat almayacaqlarını bildirib.
Sözügedən matçın baş hakimi Aytuğ Etki isə bu qərara etiraz olaraq karyerasını bitirib.
Xatırladaq ki, “Anadolu Efes” seriyada 2:1 hesabı ilə öndədir.