“Fənərbağça” Mbvane Samattanın müqaviləsini ləğv edib.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı hücumçu növbəti mövsümdən PAOK-da çıxış edəcək.
Samatta 2020-ci ildə “Fənərbağça”ya transfer olunub. Təcrübəli oyunçu keçən mövsümü icarə əsasında “Genk”də keçirmişdi.
O, burada 36 oyuna çıxıb və 6 qol vurmağı bacarıb.

