05 İyun 2026
Dünya futbolu

“Fənərbağça”nın hücumçusuna İtaliyadan təklif var

“Fənərbağça”nın hücumçusu Yussef En-Nesiri İtaliya A Seriyasına transfer oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, həm “Milan”, həm də “Roma” 28 yaşlı mərakeşli forvardı yanvarda heyətlərinə qatmaq istəyir. İngiltərədən də bir neçə klub oyunçu ilə maraqlanır.

Qeyd edək ki, En-Nesiri 2024-cü ilin yayında “Sevilya”dan 19 milyon avroya transfer olunub və bu mövsüm 23 oyunda 8 qol, 1 ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43