Kateqoriyasız

Fərid Qayıbov Avropa çempionatında medal qazanan idmançıları təbrik etdi

Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında mükafat qazanmış Azərbaycan cüdoçularını təbrik edib.

İdmanxeber.az xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb. O, paylaşımında bunları qeyd edib:

“Qitə çempionatlarında növbəti uğur. Hidayət Heydərov qızıl, Rüstəm Orucov bürünc medal! Təbriklər!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43