İdman

Hidayət Heydərov Avropa çempionu oldu, Rüstəm Orucov bürünc medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda Covanni Espozitonu (İtaliya) sınağa çəkib. Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu olub.

Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə bürünc medal uğrunda görüşdə Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.

Qeyd edək ki, çempionatın ilk günündə mübarizə aparan Azərbaycanın 6 təmsilçisindən heç biri medal qazana bilməyib. Millimizin daha 3 üzvü sabah – yarışın son günündə qüvvəsini sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43