14 İyul 2026
Dünya futbolu

FİFA dünya çempionatına ev sahibliyi edəcək ölkəni açıqladı

Futbol üzrə 20 yaşlılardan ibarət dünya çempionatı Argentinada keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Turnir İndoneziyada keçirilməli olsa da, Bali adasının qubernatoru İsrail millisinin əleyhinə səsləndirdiyi fikirlərdən sonra bu səlahiyyət onlardan alındı.

 U-20 dünya çempionatı 20 may – 11 iyun tarixlərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43